“Arab News” qəzetinin verdiyi məlumata görə, Yəməndə legitimliyi bərpa etmək uğrunda mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya cənub sərhəd bölgəsi Nəcrana husilərin hücum etdiyini bildirib. Hücum nəticəsində 11 mülki şəxs yaralanıb.
Yaralanan mülki şəxslər arasında 7 Səudiyyə Ərəbistanı, 2 Misir, 1 Yəmən və 1 Pakistan vətəndaşı var.
Bununla yanaşı, yerli mənbələrin verdiyi məlumata görə, hücumlar zamanı ən azı 58 hərbçi həlak olub, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İzmedia.az
![]()

