ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton jurnalist Kara Svişerin podkastında Prezident Donald Trampın Ağ Evdə apardığı interyer dəyişikliklərini kəskin tənqid edib. Klinton Oval Ofisdə və prezident iqamətgahında bol qızılı dekordan istifadə olunduğunu bildirərək, bu mənzərənin ona İraqın sabiq lideri Səddam Hüseynin saraylarını xatırlatdığını və Trampın “narsisist şəxsiyyətini” əks etdirdiyini vurğulayıb.
Keçmiş dövlət katibi, həmçinin Şərq Qanadının sökülərək yerində yeni bal zalının inşasını tənqid edərək layihəni “Ağ Evin kənarında böyüyən şiş” adlandırıb. O, zarafatla gələcək prezidentin Ağ Evdən lazımsız dekorasiyaları yığışdırmaq üçün “Qızıl naziri” təyin etməli olacağını qeyd edib.
Ağ Evin nümayəndəsi Deyvis İnql isə Klintonun tənqidlərinə cavab olaraq onun 2016-cı il prezident seçkilərindəki məğlubiyyətini xatırladıb. İnql bildirib ki, Hillari Klinton Trampdan aldığı alçaldıcı məğlubiyyətə görə Oval Ofisi öz istəyinə uyğun dizayn etmək imkanını itirib və bu səbəbdən hələ də reallıqla barışa bilmir.
İzmedia.az
![]()

