İlham Əhmədov yazır: “Abbasağa Azərtürk azərbaycançılıq ideologiyasının ən fəal təbliğatçılarından biri idi”

2 Min Read

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Abbasağa Azərtürkün vəfat etdiyi gündür.Abbasağa Azərtürk 1934- cü ildə Cəlilabad ( keçmiş Astarxanbazar rayonu) rayonunda anadan olmuşdur. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra doğulduğu rayonda müəllimlik fəaliyyətinə başlamış, ömrünün sonuna qədər şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini sevə- sevə tədris etmişdir. Azərbaycan şeirinin gözəl nümunələrini yaratmaqla yanaşı, Abbasağa həm də öz cəsarətli, sovet dönəmində heç kəsin bacarmadığı və etmədiyi cəsarətli çıxışları, söhbətləri ilə yaddaşlara həkk olunmuşdur.Qarabağ savaşında Abbasağa qələminə süngü kəsəri vermiş, döyüş bölgələrində mülkü insanlar və döyüşçülər qarşısında odlu- alovlu şeirləri ilə Azərbaycan əsgərini qələbəyə səsləmişdir. Bu mövzuda yazdığı ” Laçın ağlatdı məni” şeri o dövr üçün dillər əzbəri idi.( Bu şeir şairin öz ifasında yootubda yerləşdirilib)
70- 80 – ci illərdə Abbasağa Azərtürk sovet rejiminin antihumanist, antitürk siyasətini cəsarətlə ifşa etmiş, milli birlik, azərbaycançılıq ideologiyasının ən fəal təbliğatçılarından biri olmuşdur. Onun adı həm də milli- azadlıq və Meydan hərəkatının hərəkatının fəal iştirakçısı və oratoru kimi də tarixə yazılmışdır. Şairin ” Qaraçı nəğmələri” silsilə şeirləri o dovr ədəbiyyatda yeni hadisə, yeni nəfəs idi və böyük şairimiz Bəxtiyar Vahabzadə bu şeirləri çox yüksək qiymətləndirirdi. Şairin sağlığında “Mənim qismətim”, ” Cəlilabad dastanı”, ” Qaraçı nəğmələri” ” Qaya sükutu” və s. adlı şeir kitabları işıq üzü görüb. Abbasağa Azərtürk 1998- ci il avqustun 8- də vəfat etmişdir.Hər il rayonda şairin Anım günü keçirilir, xatirəsi yad edilir.

İlham Əhmədov, Cəlilabad rayonu Şiləvəngə kənd tam orta məktəbinin direktoru

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş