İndoneziyanın Flores adası yaxınlığında baş verən 7,7 bal gücündə güclü zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb. AFP-nin məlumatına görə, dörd kənddə dağıntılar qeydə alınıb, ən azı altı nəfər xəsarət alıb, iki nəfər isə hələ də dağıntılar altındadır.
Ən ağır vəziyyət episentrə yaxın olan Nagekeo bölgəsində hökm sürür. Torpaq sürüşmələri yolları bağladığı üçün xilasedicilərin işi çətinləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, sonradan xəbərdarlıq ləğv olunub. Lakin 6,1 bal gücünədək çatan güclü afterşoklar səbəbindən sakinlərdən zədələnmiş binalara daxil olmamaq xahiş edilib.
İzmedia.az
![]()

