Cəlilabadlı idmançı erməni rəqibini böyük hesabla məğlub etdi-Foto

1 Min Read

Serbiyanın Loznitsa şəhərində keçirilən 19 yaşlılar arasında Boks üzrə Avropa Çempionatında Azərbaycanlı idmançı Əli Baxışovla Ermənistanı təmsil edən Artur Avetisyan üz üzə gəlib.

 

İzmedia.az xəbər verir ki, 35 ölkənin qatıldığı yarış Azərbaycan millisi üçün uğurlu davam edir.

 

Cəlilabaddan olan idmançı Əli Baxışov (60 kq) Ermənistanı təmsil edən Artur Avetisyanı 5:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. O, avqustun 16-da Petar Krpanla qarşılaşacaq.

 

Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də yekun vurulacaq

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş