Ağ Ev ABŞ Geoloji Xidmətinin (USGS) direktoru Ned Mamulanın rəsmi məktubuna istinadən elan edib ki, qurum bütün rəsmi elektron və xəritəçəkmə sənədlərində keçmiş Ontario gölünün adının “Amerika gölü” (Lake America) olaraq dəyişdirilməsi barədə sərəncamı icra edib.
Qərar artıq ABŞ-ın Coğrafi Adlar İnformasiya Sistemində (GNIS) rəsmi olaraq qüvvəyə minib və yaxın günlərdə çap olunacaq bütün dövlət xəritələrində və rəsmi sənədlərdə öz əksini tapacaq.
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə müvafiq fərmanı imzalayarkən bu addımın iki ölkə arasında ticarət gərginliyi fonunda atıldığını və ABŞ-ın milli suverenliyini simvolizə etdiyini bildirib.
Kanada tərəfi və Baş nazir Mark Karni isə ad dəyişikliyinə sərt reaksiya verərək, Kanadanın bu qərarı tanımayacağını və gölün Kanadadakı rəsmi adının hər zaman “Ontario gölü” olaraq qalacağını bəyan edib.
İzmedia.az
![]()

