Mariya Zaxarova: “Ermənistan Rusiya vətəndaşlarına viza tətbiq etsə, ilk növbədə özünə zərər vuracaq”

1 Min Read
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumunda bəyan edib ki, Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etmək ehtimalı Moskvaya deyil, İrəvanın özünə qarşı yönəlmiş bir addım olacaq.
Jurnalistlərə açıqlama verən Zaxarova bildirib: “Əgər Ermənistan birdən viza tətbiq etsə, bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı etmiş olacaq”.
O, həmçinin vurğulayıb ki, belə bir qərar Ermənistanda çoxsaylı qohumları yaşayan Rusiya vətəndaşlarına və iki ölkə arasında mövcud olan insani əlaqələrə mənfi təsir göstərəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş