Polşada daimi ABŞ hərbi bazası yaradılır: Danışıqlar həlledici mərhələdədir

1 Min Read
ABŞ müdafiə naziri Pit Heqsetin nümayəndə heyətinin rəhbəri və dövlət katibinin silahlara nəzarət üzrə köməkçisi Tomas DiNano Polşada səfərdədir. Onlar Polşa tərəfi ilə ölkədə daimi Amerika hərbi bazasının yerləşdirilməsi məsələsini müzakirə edirlər.
Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçkanın RMF24-ə verdiyi məlumata görə, ABŞ rəsmiləri daimi hərbi obyektlər üçün ölkədəki bir sıra ərazilərə, xüsusən də Polşanın qərb hissəsindəki variantlara baxış keçirəcəklər. O, növbəti 48 saatın Polşa-ABŞ danışıqları üçün həlledici olacağını vurğulayıb.
Xatırladaq ki, Varşava may ayında öz ərazisində daimi Amerika hərbi bazasını yerləşdirməyə hazır olduğunu rəsmən bəyan edib. İyun ayında isə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış Vaşinqtonun bu təklifə müsbət yanaşdığını, lakin yekun qərarın hələ verilmədiyini bildirmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş