İspaniyanın Seuta eksklavında yanğın miqrant sığınacaqlarını kül edib

1 Min Read
İspaniyanın Şimali Afrikadakı eksklavı olan Seutanın El-Tarahal sənaye zonasındakı anbarların birində güclü yanğın baş verib. “Reuters” agentliyinin verdiyi məlumata görə, yanğın nəticəsində miqrantların müvəqqəti məskunlaşdığı 42 sığınacaq tamamilə yanaraq yararsız hala düşüb.
Alov sənaye anbarının daxilində və ətrafında qurulmuş qeyri-qanuni düşərgədə başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadalarının operativ müdaxiləsi sayəsində yanğının yaxınlıqdakı yaşayış binalarına və məktəblərə keçməsinin qarşısı alınıb.
Xilasedicilər düşərgədə olan təxminən 200 nəfəri təxliyə edə biliblər. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir, lakin onlarca miqrant ailəsi sığınacaqsız qalıb. Hüquq-mühafizə orqanları yanğının başvermə səbəblərini araşdırır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş