Zelenski: “Moskva diplomatik prosesi pozmaq üçün hücumları artırır”

1 Min Read
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada keçiriləcək seçkilər ərəfəsində danışıqlar üçün əlverişli şəraitin olmayacağını bildirib. Bununla bərabər, dövlət başçısı ABŞ nümayəndələri ilə mühüm görüşün sentyabrın sonunda Nyu-Yorkda baş tuta biləcəyini istisna etməyib.
Zelenski qeyd edib ki, Rusiya tərəfi Ukraynanın ABŞ, Kanada və ya Avropalı tərəfdaşları ilə planlaşdırılan danışıqları barədə kəşfiyyat məlumatı əldə etdikdə cəbhədə və dinc şəhərlərə hücumların intensivliyini kəskin artırır.
Ukrayna liderinin sözlərinə görə, Moskva bu taktikadan istifadə edərək tərəflər arasında gedən diplomatik prosesi pozmağa və təzyiq göstərməyə çalışır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş