Kanzas Milli Qvardiyası və Ermənistan Respublikasının Müdafiə Nazirliyi təxminən 15 ildir ki, Kanzas-Ermənistan tərəfdaşlığının mühüm tərkib hissəsi olan “Pyunik” tağımının illik çavuş təlimini keçirib. Bu barədə ABŞ-ın Ermənistan Respublikasındakı səfirliyinin Facebook səhifəsində bildirilib.
“31 avqustdan 11 sentyabra qədər Kanzas Milli Qvardiyasının əsgərləri və Ermənistan Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin çavuş korpusunun nümayəndələri çavuş rəhbərliyi və taktiki planlaşdırma sahələrində bilik və ən yaxşı təcrübələr mübadiləsi aparıblar. Təlim fərdi və komanda liderlik bacarıqlarını inkişaf etdirməyə və Ermənistan və Amerika hərbçiləri arasında əməkdaşlığı dərinləşdirməyə yönəlmiş bir neçə günlük praktiki məşqlərlə başa çatıb”, – deyə məktubda bildirilir.
İzmedia.a
![]()

