Bild qəzetinin verdiyi məlumata görə, Avropa Komissiyası Rusiyada davam edən Dövlət Duması seçkilərini tənqid edərək, Rusiya hakimiyyətini demokratik müxalifətin seçkilərdə iştirakının qarşısını almağa yönəlmiş “sistemli və institusional təzyiq”də günahlandırıb.
Səsvermə 18-20 sentyabr tarixlərində keçirilir. Müharibəyə qarşı çıxan bir çox namizədin seçkilərdə iştirakına icazə verilməyib və Ukraynada atəşkəsin tərəfdarı olan Yabloko partiyası federal seçkilərdən kənarlaşdırılıb.
Brüssel “Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində” nə səsvermənin keçirilməsini, nə də nəticələrini tanımadığını açıqlayıb.
Kiyev həmçinin orada keçirilən seçkiləri qanunsuz adlandırıb və onların Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişdirmədiyini vurğulayıb.
İzmedia.az
![]()

