GMA News yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Filippinin cənubundakı orta məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Hadisə Mindanao adasında, Cənubi Kotabato əyalətinin Banqa bələdiyyəsində baş verib.
İlkin məlumata görə, atışmanı təşkil edən şəxs ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır. Bələdiyyənin bütün məktəblərində dərslər dayandırılıb.
İzmedia.az
![]()

