Pakistanın Daxili İşlər Naziri Möhsin Nəqvi Tehranda rəsmi görüşlər keçirib

1 Min Read
Pakistanın Daxili İşlər Naziri Möhsin Nəqvinin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib. Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
İslamabadın İran ilə ABŞ arasında vasitəçilik səylərini davam etdirməsinə baxmayaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi səfərin əsasən iki tərəfli razılaşmaların icrasına həsr olunduğunu bildirib. Bununla belə, ekspertlər Nəqvinin səfərini ABŞ və İran arasında kəskinləşən gərginliyi, eləcə də Regiondakı mürəkkəb təhlükəsizlik vəziyyətini tənzimləmək istiqamətində vacib diplomatik addım kimi dəyərləndirirlər.
İran tərəfi bir tərəfdən diplomatik kanalları açıq saxlayaraq vasitəçilərin imkanlarından yararlanmağa, digər tərəfdən isə hərbi hazırlaqlarını gücləndirməyə davam edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş