İraq 2027-ci ilə qədər bütün silahlı qruplaşmaları tərksilah etməyi planlaşdırır

1 Min Read
İraqın Baş naziri Əli əl-Zeydi “The New York Times” qəzetinə verdiyi müsahibədə ölkədə fəaliyyət göstərən bütün müstəqil silahlı qrupların 2027-ci ilin iyun ayına qədər tamamilə tərksilah ediləcəyini bəyan edib.
Baş nazir bildirib ki, hökumətin əsas məqsədi qeyri-qanuni hərbi birləşmələri nəzarət altına almaq və onların şəxsi heyətini dövlət strukturlarına inteqrasiya etməkdir. Müəyyən olunmuş müddət başa çatdıqdan sonra fəaliyyətini davam etdirən hər bir silahlı qrup rəsmən qanundankənar elan olunacaq.
Əl-Zeydinin sözlərinə görə, proses ilk olaraq qruplaşmaların hərbi hücumlardan çəkinməsi barədə 90 günlük öhdəlik götürməsi ilə başlayacaq. Növbəti mərhələdə isə mərhələli şəkildə silahların təhvil verilməsi həyata keçiriləcək və bu proses 2027-ci il iyunun 30-dək yekunlaşacaq.
Baş nazir əlavə edib ki, silahlı qruplar tərksilah müddətinin 2027-ci ilin sonuna qədər uzadılmasını tələb etsələr də, hökumət prosesi müəyyən olunmuş vaxt çərçivəsində başa çatdırmaqda qərarlıdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş