İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Tehran əyalətində keçirdikləri xüsusi əməliyyat nəticəsində “terrorçu qruplaşma”nın altı üzvünü zərərsizləşdirib.
İran dövlət mediasının verdiyi məlumata görə, əməliyyat paytaxtdan 44 kilometr cənub-qərbdə yerləşən Məncilabad kəndində həyata keçirilib. SEPAH hərbçiləri hücum planlaşdıran şəxslərin sığınacaq kimi istifadə etdiyi evdən böyük miqdarda partlayıcı maddələr aşkar ediblər.
“Tasnim” xəbər agentliyi ərazinin terrorçu elementlərdən tam təmizlənməsi məqsədilə axtarış və təhlükəsizlik tədbirlərinin davam etdirildiyini bildirib. Qeyd edək ki, Tehran rəsmi şəkildə ABŞ və İsraili ölkədəki müxalif qrupları maliyyələşdirməkdə və sabitliyi pozmaqda ittiham edir.
İzmedia.az
![]()

