“Le Figaro” qəzetinin Fransa Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölkədə lisey şagirdlərinin kütləvi etiraz aksiyaları ilə bağlı 1 802 nəfərə qarşı cinayət işi açılıb.
Məhkəmə məsuliyyətinə cəlb edilənlərdən 319 nəfərinin yetkinlik yaşına çatmış, 1 483 nəfərinin isə yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilir.
Fransanın Baş naziri Sebastyan Lekornunun (Sébastien Lecornu) ofisindən verilən məlumatda isə etiraz nümayişləri və baş verən iğtişaşlar nəticəsində 215 tələbə və şagirdin xəsarət aldığı diqqətə çatdırılıb.
İzmedia.az
![]()

