ABŞ Prezidenti Donald Tramp Texas ştatının San-Antonio şəhərində keçirilən seçki kampaniyası çərçivəsindəki cıxışında Los-Anceles və San-Dieqo kimi iri şəhərlərin dağıdılmasına heç vaxt icazə verməyəcəyini vurğulayıb. ABŞ lideri ölkənin hava hücumundan müdafiə imkanlarına və təhlükəsizlik sisteminə inamını ifadə edərək, istənilən xarici raket təhdidinin qətiyyətlə dəf ediləcəyini və şəhərlərin təhlükəsizliyinin tam təmin olunacağını bildirib.
Ağ Evin mətbuat katibi Stiven Çunq prezidentin əvvəlki qalmaqallı bəyanatlarına aydınlıq gətirərək qeyd edib ki, Tramp İranla mümkün hərbi toqquşmalar kontekstində həmin şəhərlərin hədəf alına biləcəyi riski xatırlatarkən, məhz ABŞ-ın vaxtında önləyici addımlar atmasının vacibliyini nəzərdə tuturdu. Mətbuat katibinin sözlərinə görə, Vaşinqtonun qətiyyətli mövqeyi ölkənin daxili təhlükəsizliyini təhdid edə biləcək hər hansı xarici hərbi ssenarinin qarşısını almağa yönəlib.
İzmedia.az
![]()

