Yəmən sahillərində içərisində 7 nəfərin olduğu qayıqdan LNG tankerinə atəş açılıb və gəminin təhlükəsizlik qrupu xəbərdarlıq atəşi ilə cavab verib.

1 Min Read

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Yəmənin Mukalla şəhərindən 140 dəniz mili cənub-şərqdə 7 nəfərlik kiçik bir qayığın mayeləşdirilmiş təbii qaz (LNG) tankerinə yaxınlaşaraq atəş açdığını bildirib.

izmedia.az xəbər verir ki, uKMTO-nun X hesabında edilən açıqlamada LNG tankerinin kapitanının gəmiyə 7 nəfərin olduğu kiçik bir qayığın yaxınlaşdığını bildirdiyi bildirilib.

Açıqlamada qayıqdakı şəxslərin tankerə iki atəş açdığı, gəminin silahlı təhlükəsizlik qrupunun isə qayığa iki dəfə xəbərdarlıq atəşi açdığı bildirilib.Qayığın marşrutunu dəyişməli olduğu qeyd edilib.

UKMTO səlahiyyətlilərin hadisə ilə bağlı araşdırma apardığını bildirib və bölgədən keçən gəmiləri diqqətli olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik paylaşılmayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş