EuroCup Women D qrupunun ikinci matçında Çimsa ÇBK Mersin səfərdə İspaniyanın BAXI Ferrol komandasını 85-42 hesabı ilə məğlub edib.
izmedia.az xəbər verir ki, a Malata Salonunda oynanan qarşılaşmada Çimsa ÇBK Mersin ilk dörddəbiri 17-14, ikinci dörddəbiri isə 39-25 qabaqda tamamladı.
Qarşılaşmanın qalan hissəsində oyuna nəzarəti əldən verməyən Çimsa ÇBK Mersin komandası üçüncü periyodu 61-36, matçı isə 85-42 qazanıb.
Qonaq komandada Kariata Diabi 20 xalla matçın bombardiri, BAXI Ferrolda isə Marqaret Duqan 17 xalla komandasının bombardiri olub.
![]()

