Trabzonspor UEFA Konfrans Liqasının ikinci həftəsində Şotlandiyanın Hearts komandasını qəbul edəcək.Papara Parkda saat 19.45-də başlayacaq qarşılaşmanı belçikalı referi Lourens Visser idarə edəcək.Visserin köməkçiləri Ruben Wyns və Mathias Hillaert olacaq.
izmedia.az xəbər verir ki, konfrans Liqasında ilk oyununda Finlandiyanın KuPS Kuopio komandasını səfərdə 4-2 hesabı ilə məğlub edən tünd-göylü komanda, Hearts matçında qalib gələrək ikinci həftəni də itkisiz keçməyə çalışacaq.
![]()

