Etirazlar başlayandan bəri ilk dəfə toplaşan Albaniya Parlamentində gərginlik artıb.Müxalifətçi Demokrat Partiyası (PD) ilə hakim Sosialist Partiyasının (PS) deputatları arasında gərginlik müxalifətdən olan deputatın iqtidar cərgələrindən səsvermə vəsiqələrini götürməyə cəhd etməsi ilə başlayıb.
izmedia.az xəbər verir ki, təxminən bir saat davam edən gərginlikdən sonra iclası davam etdirməyə çalışan parlament sədri Niko Peleşi iclası bitirib.Hadisələrdən sonra hakim Sosialist Partiya Qrupu parlament sədrliyinə müraciət edərək hadisələrdə iştirak edən Demokrat Partiyasından olan deputatların, o cümlədən Fidel Krekanın Baş Assambleyanın iclaslarına 60 gün müddətinə qadağa qoyulmasını istəyib.
Baş nazir Edi Rama sosial media hesabında video paylaşaraq fəalların dialoq çağırışı olan beton blokları yıxdığı anları ictimaiyyətlə paylaşıb.Baş nazirlik binası qarşısında tələbə və müəllim heyətinin qatıldığı nümayişlərdə Ramanın dərhal istefası tələbləri təkrarlanıb.
![]()

