ABŞ-da futbol stadionu yaxınlığında silahlı hücum!6-sı uşaq olmaqla 12 nəfər yaralanıb

1 Min Read

NBC News-un məlumatına görə, Tallahassee Polis İdarəsindən verilən açıqlamada Florida A&M Universitetinin Bragg Memorial Stadionu yaxınlığında atışma olduğu bildirilib.Açıqlamada hadisə zamanı yaralanan 12 nəfərdən 6-nın uşaq olduğu, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

izmedia.az xəbər verir ki, açıqlamada digər yaralıların vəziyyətinin stabil olduğu və hücumdan əvvəl davanın ola biləcəyi qeyd edilib.Hadisə ilə bağlı araşdırmalara başlanılıb.Hücumdan sonra universitet rəhbərliyi ABŞ mərkəzli X şirkətinin sosial media platformasında verdiyi açıqlamada kampus ictimaiyyətini hadisə yerindən uzaq durmağa çağırıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş