Fənərbaxça Qalatasaray derbisinə hazırdır!

1 Min Read

Trendyol Super Liqasının 9-cu həftəsində sabah keçiriləcək derbidə "Qalatasaray"ın qonağı olacaq "Fənərbaxça" hazırlıqlarını tamamlayıb.

izmedia.az xəbər verir ki, sarı-göylü klubdan verilən açıqlamada Fənərbaxça Can Bartu Təsislərində baş məşqçi İsmayıl Kartalın rəhbərliyi altında keçirilən məşqin isinmə, cəldlik və koordinasiya hərəkətləri ilə başladığı bildirilib.

Bildirilib ki, iki qrupda 5-ə 2 topa sahiblik və ötürmə hərəkətləri ilə davam edən məşq taktiki və fərdi işlərlə yekunlaşıb.

Fənərbaxça bu məşqlə hazırlıqlarını tamamlayıb və matçın düşərgəsinə daxil olub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş