Fransa Ticarət və Sənaye Palataları Birliyinin (CCI France) verdiyi açıqlamada, istehlakçıların təhlükəsizlik səbəbiylə şəhər mərkəzlərinə getmədiyi bildirilib.Qeyd olunub ki, bu vəziyyət etirazlardan zərər çəkmiş rayonlardakı pərakəndə satıcılara birbaşa təsir edib, mağazaların dövriyyəsi 80 faiz azalıb.
izmedia.az xəbər verir ki, cCI Fransa prezidenti Alain Di Crescenzo, pərakəndə sektorun illik dövriyyəsinin 40 faizinin noyabr və dekabr aylarında əldə edildiyinə diqqət çəkdi.Etirazların davam etdirilməsinin sektor üçün ciddi nəticələrə səbəb ola biləcəyini ifadə edən Di Crescenzo, ticarət fəaliyyətlərini qorumaq üçün ilin sonuna qədər şəhər mərkəzlərində nümayişlərin qadağan edilməsini istəyib.
2 MİN 500-DƏN ÇOX İŞ YERİ ZƏRƏ OLDU
CCI France məlumatlarına görə, son iki şənbə günü baş verən hadisələrdə ölkə daxilində 2500-dən çox iş yeri zərər görüb.Bildirilib ki, xüsusilə oktyabrın 17-də baş verən hadisələr zamanı talan və yanğın nəticəsində 1161 mağazaya ciddi ziyan dəyib.
Marsel zorakılıqdan ən çox zərər çəkən şəhərlərdən biri olub.Bildirilib ki, şəhərdə zədələnmiş 527 mağazadan 331-i dağıdılıb, 128-i isə tamamilə talan edilib.
![]()

