İtaliyanın Birinci Futbol Liqası komandası olan Milan basketbol komandası yaradaraq NBA Avropa Liqası layihəsində iştirak etməyi planlaşdırır.
izmedia.az xəbər verir ki, İtaliyanın aparıcı qəzetlərindən olan “La Repubblica”ya danışan klubun amerikalı sahibi Gerry Cardinale basketbol komandası qurmaq istədiklərini bildirib.
Cardinale, "20 min nəfərlik arena tikmək üçün işə başlamağa hazırıq. Milanda yerləşən bir komanda ilə NBA Avropa Liqasında iştirak etmək istəyirik. Tennis sahəsində də hədəflərim var" dedi.dedi.
NBA Avropa layihəsinin 2027-ci ilin oktyabrında NBA və FIBA ilə birgə yarı açıq liqa statusu ilə həyata keçirilməsi nəzərdə tutulur.
İlk mövsümdə 16 komandanın mübarizə aparması planlaşdırılan liqada bu komandalardan 12-nin daimi lisenziyalı klublar olması gözlənilir.
Daimi lisenziya veriləcək 12 klubdan birinin İstanbulda yerləşməsi gözlənilir.
![]()

