Superliqada "Konyaspor"u 4:0 hesabı ilə məğlub edən "Qalatasaray" "Ştutqart"la oyunun hazırlığına başlayıb.
izmedia.az xəbər verir ki, kemerburgaz Metin Oktay Təsislərində baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq dinamik isinmə hərəkəti ilə başlayıb, topa sahiblik və qaçış hərəkətləri ilə davam edib.
Məşq qoşa qollu matçla yekunlaşıb.
Sarı-qırmızılılar sabah saat 17.00-da edəcəkləri məşqlə hazırlıqlarını davam etdirəcək.
![]()

