Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
İzmedia.az xəbər verir ki, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı hərəkətdə olan Vaz 2106 və Vaz 21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər rayon sakini- Ceyhun Bəgalıyev və Zeynal Niftəliyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
![]()

