Hikmət Hacıyev: Azərbaycan radiosu milli dəyərlərin təbliğində mühüm rol oynayıb

1 Min Read

Azərbaycan radiosunun fəaliyyətə başlamasından 100 il ötür. İlk radio yayımı 1926-cı il noyabrın 6-da “Diqqət, Bakı danışır!” sözləri ilə başlayıb.

Teleqraf xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında paylaşımında bildirib.

O qeyd edib ki, Azərbaycan radiosu milli yayım tarixinin əsasını qoyaraq xalqın ictimai və mədəni həyatında, milli dəyərlərin təbliğində mühüm rol oynayıb.

Hikmət Hacıyev xatırladıb ki, 1956-cı il fevralın 14-də Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə bu tarixi yol yeni mərhələyə qədəm qoyub:

“Televiziya və radio illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatının salnaməsini yaradaraq milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsində mühüm vasitəyə çevrilib”.

Prezidentin köməkçisi son illərdə həyata keçirilən media islahatlarının yayımın texniki imkanlarının genişləndirilməsinə, rəqəmsal platformalara inteqrasiyaya və proqramların keyfiyyətinin artırılmasına xidmət etdiyini vurğulayıb.

O, noyabrın 5-də Prezident İlham Əliyevin bir qrup media nümayəndəsini təltif etməsini bu sahədə uzun illər çalışan peşəkarlara verilən yüksək qiymət kimi dəyərləndirib.

Hikmət Hacıyev Azərbaycan radiosunun 100 illiyi və televiziya-radio işçilərinin peşə bayramı münasibətilə sahə əməkdaşlarını, o cümlədən veteranları təbrik edərək onlara cansağlığı və uğurlar arzulayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş