ABŞ səfiri: Tramp Qrenlandiyaya qarşı güc tətbiqini nəzərdən keçirmir

1 Min Read

ABŞ-ın Danimarkadakı səfiri Kennet Huver mayın 22-də bildirib ki, ABŞ Prezidenti Donald Tramp artıq Qrenlandiyaya qarşı güc tətbiq etmək variantını nəzərdən keçirmir.

“Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri müəyyən etməlidir”, – deyə diplomat bildirib.

Huver həmçinin Qrenlandiya məsələsi ilə bağlı yaradılmış işçi qrupunun fəaliyyətinə nikbin yanaşdığını qeyd edib. Onun sözlərinə görə, bu qrup Ağ Evin təhlükəsizlik narahatlıqlarını, eləcə də Qrenlandiya və Danimarkanın mövqelərini nəzərə alan həll variantı hazırlaya bilər.

Diplomat əlavə edib ki, mümkün həll yolu ada sakinləri üçün geniş iqtisadi imkanlar yaratmalıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş