Yaponiyada baş verən güclü yanğın min ildən artıq yaşı olan tarixi məbəd zalını tamamilə məhv edib. Maraqlısı isə odur ki, əsrlərdir qorunan “sönməz alov” binanın tam yanmasına baxmayaraq xilas edilə bilib.
Hadisə Miyajima adasında baş verib. Yanğın Reikado Hall adlı taxta zalı bürüyüb. Bu tikili Daisho-in Temple məbəd kompleksinə daxil idi. Alov qısa müddətdə bütün binanı əhatə edib və daha sonra yaxınlıqdakı meşəlik əraziyə keçib. Əsrlərlə ayaqda qalan qədim tikili tamamilə yanaraq külə dönüb.
Hazırda yerli hakimiyyət orqanları yanğının səbəbini araşdırır. Polis ən ironik ehtimallardan birini də istisna etmir — ehtimal olunur ki, faciəyə məhz əsrlərdir qorunan həmin “əbədi alov” səbəb ola bilər.
Müqəddəs alov Yaponiya üçün böyük simvolik əhəmiyyət daşıyırdı. Rəvayətə görə, onu 806-cı ildə buddist rahib yandırıb və o vaxtdan etibarən 1200 ildən çox fasiləsiz yanıb.
Bu alov müharibə əleyhinə mübarizənin əsas rəmzlərindən biri sayılırdı. Məhz həmin alovdan Hiroshima Peace Memorial Parkndakı “Sülh Alovu” yandırılmışdı. Bu memorial 1945-ci ildə atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunub.
İnanca görə, bu alov bəşəriyyət bütün nüvə silahlarını məhv edənə qədər sönməyəcək.
Xoşbəxtlikdən, məbəd əməkdaşları yanğın zalı tam bürüməzdən əvvəl müqəddəs alovu təhlükəsiz yerə köçürə biliblər. Hazırda “əbədi alov” təhlükədən uzaq saxlanılır. Mütəxəssislər isə araşdırmanı davam etdirərək çoxəsrlik alovdan sıçrayan təsadüfi qığılcımın faciəyə səbəb olub-olmadığını yoxlayırlar.
izmedia.az
![]()
