ABŞ-da gözlənilməz istefa: Tramp Milli Kəşfiyyat rəhbərinin gedişini təsdiqlədi

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyat Direktoru vəzifəsində çalışan Tulsi Qabbardın istefa verəcəyini rəsmi şəkildə təsdiqləyib.

Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada Qabbardın fəaliyyətini “inanılmaz iş” adlandırıb və onun iyunun 30-da vəzifəsindən ayrılacağını bildirib.

ABŞ liderinin sözlərinə görə, istefanın əsas səbəbi Qabbardın həyat yoldaşında ağır xərçəng xəstəliyinin aşkarlanması olub. Tramp qeyd edib ki, Tulsi Qabbard hazırda bütün diqqətini həyat yoldaşının müalicəsinə və ailəsinə yönəltmək istəyir.

Məlumata görə, Milli Kəşfiyyat İdarəsinə müvəqqəti rəhbərlik Qabbardın birinci müavini Eron Lukas tərəfindən həyata keçiriləcək.

Qabbard istefa ərizəsində rəhbərlik etdiyi qurumda işlərin “sakit və problemsiz şəkildə təhvil veriləcəyini” vurğulayıb.

Lakin Reuters agentliyi məsələ ilə bağlı fərqli iddialar yayıb. Agentliyin məlumatına əsasən, Ağ Ev daxilində Tulsi Qabbardın istefaya göndərilməsi ilə bağlı daxili təzyiqlər olub.İddialara görə,

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş