ABŞ-ın California ştatının Garden Grove şəhərində yerləşən GKN Aerospace kimya müəssisəsində baş verən qəza səbəbindən təxminən 40 min sakin təxliyə olunub.
Məlumata görə, müəssisədə metilmetakrilat maddəsinin saxlandığı rezervuar həddindən artıq qızıb. Nəticədə təzyiq yüksəlib və kimyəvi maddə zəhərli buxar yaymağa başlayıb.
Hadisə ilə bağlı açıqlama verən polis rəisi Amir El-Farra bildirib ki, hazırda həm zəhərli sızma, həm də partlayış təhlükəsi qalmaqdadır.
Xilasedicilər rezervuarı su ilə soyutmağa çalışsalar da, vəziyyət hələ tam nəzarətə götürülməyib. Təhlükə səbəbindən genişmiqyaslı təxliyə elan olunub.
İlkin məlumata əsasən, təhlükəli zona təxminən 40 min nəfəri əhatə edir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
![]()
