ABŞ-ın keçmiş prezidenti Donald Trumpın qızı Ivanka Trumpa qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən İraq vətəndaşı Türkiyədə saxlanılıb.
Məlumata görə, 32 yaşlı Mohammad Baker Saad Daoud al-Saadi İranın Islamic Revolutionary Guard Corps (SEPAH) və şiə silahlı qruplaşması Kataib Hezbollah ilə əlaqədə olmaqda şübhəli bilinir.
İddialara əsasən, o, 2020-ci ildə Bağdadda ABŞ hərbçiləri tərəfindən öldürülən iranlı general Qasem Soleimaninin ölümünə görə Tramp ailəsindən qisas almağı planlaşdırıb.
Məlumata görə, şübhəli şəxs sosial şəbəkədə İvanka Trampın yaşadığı ərazinin xəritəsini paylaşaraq ərəb dilində təhdid mesajları yayıb.
O, mayın 15-də Türkiyədə saxlanılıb və daha sonra ABŞ-a ekstradisiya edilib.
Amerika hüquq-mühafizə orqanları al-Saadini Avropa və Şimali Amerikada ABŞ və yəhudi obyektlərinə qarşı hücumların təşkili və koordinasiyasında ittiham edir.
İddialara görə, o, Amsterdamda bankın yandırılması, Londonda yəhudilərə hücumlar, həmçinin Belçika və Niderlandda sinaqoq və məbədlərə qarşı planlaşdırılan hücumlarla əlaqələndirilir.
Mətbuatın yazdığına görə, şübhəli Tehranda xüsusi hazırlıq keçib və Qasım Süleymani ilə şəxsən tanış olub.
![]()
