Yerdəki bir üzüm giləsi “Magnit”ə yarım milyon rubla başa gəldi

Nərmin
1 Min Read

Rusiyanın Çerepovets şəhərində “Magnit” supermarketlər şəbəkəsinin mağazalarından birində qadın yerdəki üzüm giləsinə sürüşərək yıxılıb və qolunu sındırıb.

Zərərçəkən tibbi yardım aldıqdan sonra mağazaya müalicə xərcləri və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyəqədərki tələb göndərib. Lakin mağaza müəyyən olunmuş müddətdə kompensasiya ödəmədiyi üçün iş məhkəməyə gedib.

Məhkəmə əsas zərər məbləği ilə yanaşı, mağazanın könüllü şəkildə ödəniş etməməsinə görə əlavə cərimə, gecikmə faizi və məhkəmə xərclərinin də ödənilməsinə qərar verib. Nəticədə supermarket şəbəkəsi ümumilikdə təxminən yarım milyon rubl təzminat ödəməli olub.

Məlumata görə, Rusiyada supermarketlərdə sürüşərək xəsarət alan şəxslərin kompensasiya qazanması ilə bağlı oxşar hallar tez-tez baş verir. Məhkəmələr adətən istehlakçıların təhlükəsizliyinə görə məsuliyyətin mağazanın üzərində olduğunu vurğulayır.

Hüquqşünaslar belə hallarda hadisə yerinin şəkillərinin çəkilməsini, şahidlərin əlaqələrinin götürülməsini, təcili yardım çağırılmasını və mağazaya rəsmi şikayət göndərilməsini tövsiyə edirlər.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş