“Avropalılar Rusiyaya yalvarır” — iqtisadçı Britaniyadakı yanacaq böhranından danışdı

Nərmin
1 Min Read

İrlandiyalı iqtisadçı Filip Pilkinqton Avropadakı enerji vəziyyəti ilə bağlı sərt açıqlama verib. O, sosial şəbəkə paylaşımında avropalıların Rusiyadan dizel yanacağı göndərməsi üçün “yalvardığını” bildirib.

Analitikin sözlərinə görə, bölgədə vəziyyət getdikcə ağırlaşır, lakin insanlara hələ də bütün həqiqətlər açıqlanmır.

Bu açıqlamalar Qərb ölkələrinin son qərarları fonunda səslənib. Belə ki, bir tərəfdən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunur, digər tərəfdən isə Böyük Britaniya üçüncü ölkələrdə Rusiya neftindən istehsal edilən dizel və kerosinin idxalına icazə verib. Bununla London vasitəçilər üzərindən Rusiya resurslarından istifadə etməyin qanuni yolunu tapıb.

ABŞ da bu məsələdə kənarda qalmayıb. Amerika hakimiyyəti tankerlərə artıq yüklənmiş Rusiya neftinin dəniz daşımalarına xüsusi lisenziya verib.

Ekspertlərin fikrincə, bütün bunlar uzun sürən enerji böhranı fonunda Qərbin kompromis axtarışına çıxdığını göstərir. Hesablamalara görə, sanksiyaların nəticələri Avropaya təxminən 2 trilyon dollar zərər vurub, enerji qiymətləri isə üç dəfə artıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş