ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə zərbələr endirib

1 Min Read

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ ordusu Hörmüz boğazında İranın raket buraxılış məntəqələrinə və qayıqlarına “özünümüdafiə zərbələri” endirib. Qeyd olunub ki, əməliyyat atəşkəs və müharibənin dayandırılması ilə bağlı davam edən danışıqlar fonunda həyata keçirilib.

CENTCOM-un sözçüsü Timoti Hokins CNN-ə Hörmüz boğazında baş verən partlayışlarla bağlı məlumatları şərh edərkən bildirib: “Bu gün ABŞ qüvvələri özünümüdafiə məqsədilə hərbçilərimizi İran qüvvələrindən gələn təhdidlərdən qorumaq üçün İranın cənubunda əməliyyatlar həyata keçirib”.

Hokins əlavə edib: “Vurulan hədəflər arasında raket buraxılış məntəqələri, eləcə də dəniz minaları yerləşdirməyə cəhd edən İran qayıqları var. ABŞ Mərkəzi Komandanlığı qüvvələrini qorumağı davam etdirir və eyni zamanda qüvvədə olan atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq təmkin nümayiş etdirir”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş