İsrail Müdafiə Qüvvələrinin (İMQ) məlumatına görə, İsrail ordusu gün ərzində Livanda Hizbullahın 70-dən çox infrastruktur obyektinə hücum edib.
Məlumatda bildirilib ki, “gün ərzində təhdidləri aradan qaldırmaq üçün İsrail Müdafiə Qüvvələri Livanın bir neçə bölgəsində təxminən 85 sursatdan istifadə edərək 70-dən çox Hizbullah infrastruktur obyektinə zərbə endirib”.
Qeyd olunub ki, Tir bölgəsində İsrail ordusu Hizbullahın İsrail əsgərlərinə və mülki əhaliyə qarşı hücumlar üçün istifadə etdiyi təxminən 10 komandanlıq mərkəzi, silah anbarı və digər infrastruktur obyektlərini hədəfə alıb.
İsrailin Baş naziri Binyamin Netanyahu isə günün əvvəlində bildirib ki, İsrail Livanın cənubunda və sərhəd yaşayış məntəqələrində İsrail qoşunlarına qarşı həyata keçirilən dron hücumlarına cavab olaraq Hizbullaha qarşı əməliyyatları gücləndirəcək.
İzmedia.az
![]()

