“Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında, yaz aylarında İranın “Buşehr” atom elektrik stansiyasında çalışan rusiyalı mütəxəssislərin təxliyəsinə göstərilən köməyə görə İrəvana minnətdarlığını bildirib.
Lixaçev vurğulayıb ki, mürəkkəb şəraitdə yüzlərlə insanın təhlükəsiz zona çıxarılması zamanı Ermənistan tərəfi rusiyalı əməkdaşların avtobuslarla İran sərhədindən keçməsinə lazımi şərait yaradıb. “Rosatom” rəhbəri bu addıma görə həm Erməniston hökumətinə, həm də xalqına təşəkkür etdiyini diqqətə çatdırıb.
İzmedia.az
![]()

