Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı və Brüssel bürokratiyası ilə yaxınlaşmasını tənqid edib.
Zaxarova Sputnik radiosuna müsahibəsində bildirib: “Brüssel bürokratiyasının əsas problemlərindən biri, indi gördüyümüz kimi, onların ölkələrinin və ittifaq üzvlərinin vətəndaşlarının daha yaxşı deyil, daha pis yaşamasıdır. Əgər Nikol Paşinyan özünü Brüssel bürokratiyası ilə əlaqələndirirsə, yəqin ki, həmin yanaşmaları da qəbul edir”.
Rusiya XİN sözçüsü həmçinin vurğulayıb ki, Avrasiya İqtisadi Birliyində (AİB) əməkdaşlıq Avropa İttifaqından fərqli olaraq siyasiləşdirilməyib.
Onun sözlərinə görə, AİB-də münasibətlər qarşılıqlı hörmət, bərabərlik, azad bazar prinsipləri, ədalətli rəqabət və qanunun aliliyi əsasında qurulur.
İzmedia.az
![]()

