ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq üzrə mətbuat xidmətinin məlumatına görə, dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 108 ticarət gəmisinin istiqamətini dəyişib.
X sosial şəbəkəsində yayılan açıqlamada bildirilir: “26 may tarixinə olan məlumata əsasən, ABŞ qüvvələri 108 ticarət gəmisinin istiqamətini dəyişib”.
Qeyd olunur ki, bu addım beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi məqsədilə atılıb.
CENTCOM-un mətbuat xidməti daha əvvəl, 23 mayda bildirib ki, blokadanın başlanmasından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və İrandan çıxan 100 ticarət gəmisini yönləndirib.
İzmedia.az
![]()

