Tramp ABŞ mediasını İranla bağlı xəbərləri qərəzli təqdim etməkdə ittiham edib

1 Min Read

ABŞ Prezidenti Donald Tramp bir daha bir sıra iri Amerika media qurumlarını İranla bağlı hadisələri qərəzli şəkildə işıqlandırmaqda ittiham edib.

O, Truth Social sosial şəbəkəsində paylaşımında yazıb: “İran təslim olsa, donanmasının batırıldığını, hava qüvvələrinin məhv edildiyini etiraf etsə, ordusu geri çəkilsə və silahlarını yerə qoysa belə, New York Times, CNN və digər saxta xəbər media qurumları yenə də İranın ABŞ üzərində böyük qələbə qazandığını iddia edəcəklər”.

Tramp paylaşımında “Wall Street Journal” qəzetinin adını “China Street Journal” kimi qeyd edib. ABŞ mediası isə buna diqqət çəkərək, onun bununla qəzetin mövqeyinin “Wall Street”dən daha çox Çinə yaxın olduğunu vurğulamaq istədiyini qeyd edib.

Bundan əlavə, xəbərdə bildirilir ki, Tramp Demokrat Partiyasının nümayəndələrini ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatı uğurlu hesab etməkdə tərəddüd göstərdiklərinə görə də tənqid edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş