Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş avqustun sonu və sentyabrın əvvəlində Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Nazirliyin Nyu-Yorkda keçirilən görüşdən sonra yaydığı açıqlamada bildirilir: “Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev BMT-nin Baş katibi Antonio Quterreş ilə görüş keçirib. Görüşdə Baş katibin ŞƏT Zirvə Toplantısında iştirak etmək üçün Bişkekə səfəri xüsusi diqqət mərkəzində olub.”
Açıqlamada qeyd olunur ki, BMT Baş katibi Qırğızıstan Prezidenti Sadır Japarovun sammitdə iştirak dəvətini qəbul etməkdən məmnunluğunu ifadə edib.
Görüş zamanı tərəflər beynəlxalq və regional gündəmdəki aktual məsələləri, eləcə də Qırğızıstan ilə BMT arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Nazir Kulubayev BMT-nin sülhün, davamlı inkişafın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
İzmedia.az
![]()

