BMT-dəki səfir Məhəmməd Səfa ABŞ-nin İrana qarşı “nüvə zərbəsi” hazırladığı iddiasını səsləndirib və 30 martda vəzifəsindən istefa verib.
O bildirib ki, vəziyyətin ciddiliyi düzgün dərk olunmur və nüvə silahlarının istifadəsi nəticəsində milyonlarla insanın həyatının məhv ola biləcəyindən narahatdır.
Səfa qeyd edib ki, BMT-də Tehrana qarşı nüvə silahından istifadəyə dair müzakirələr aparılıb və bu məsələ sanki qaçılmaz bir ssenari kimi təqdim olunub.
Diplomat həmçinin “nüvə qışı”nın nəticələrinə diqqət yetirilməsinə çağırıb və bir nüvə başlığının partlamasının qlobal fəsadlarını öyrənməyin vacibliyini vurğulayıb.
Onun istefasının BMT-yə ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirildiyi bildirilir.
İzmedia.az
![]()

