Kobaxidze: ABŞ ilə tərəfdaşlığın bərpası Gürcüstan üçün prioritetdir

1 Min Read

Gürcüstanın baş naziri İrakli Kobaxidze illik hesabatında bildirib ki, ABŞ ilə əməkdaşlığın və strateji tərəfdaşlığın bərpası Gürcüstan hökuməti üçün prioritetdir.

Sənəddə vurğulanır ki, Vaşinqtonla münasibətlərin inkişafı və onların bərabərlik əsasında və tərəflərin maraqları nəzərə alınmaqla “yenidən yüklənməsi” Tbilisi üçün əsas istiqamət olaraq qalır.

Parlamentin saytında dərc olunmuş hesabatda deyilir:

“ABŞ ilə əməkdaşlıq və strateji tərəfdaşlıq Gürcüstan hökuməti üçün vacib və prioritetdir. Gürcüstan hökumətinin vəzifəsi ABŞ ilə münasibətlərin yenidən qurulmasına nail olmaqdır”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş