Dortmundda girov böhranı: Üç qızını girov götürən şəxs polisə təslim oldu

1 Min Read

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Dortmund şəhərində restoranda insanlara hücum etdikdən sonra üç qızını girov götürən şəxs polisə təslim olub.

Qəzetin yazdığına görə, hadisə çərşənbə axşamı baş verib. Bir kişi Dortmunddakı restoranlardan birində insanlara hücum etdikdən sonra şəhərin Hoxsten rayonundakı yaşayış binasına sığınıb və övladlarını girov götürüb.

İlkin məlumatlarda girovların iki uşaq olduğu bildirilsə də, sonradan onların kişinin üç qızı olduğu müəyyənləşib.

“Bild”in yaydığı məlumata əsasən, şəxs Hoxsten rayonundakı mənzildə barrikada quraraq gizlənib və hadisə zamanı bir polis əməkdaşını güllələyib. O, çərşənbə günü səhər saatlarında hüquq-mühafizə orqanlarına təslim olub.

Qəzetin məlumatına görə, qızların vəziyyəti qənaətbəxşdir. Hadisədən sonra onlar polis tərəfindən təhlükəsiz yerə aparılıb və müvafiq qurumların himayəsinə verilib.

Hadisənin motivləri və təfərrüatları ilə bağlı araşdırmalar davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş