ABŞ-nin İsrailə Beyrut yaxınlığında hücuma icazə vermədiyi bildirilir

1 Min Read

 

Axios jurnalisti Barak Ravidin iyunun 7-də ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən yaydığı məlumata görə, Vaşinqton İsrailə Beyrut ətrafında Hizbullah obyektinə zərbə endirilməsi üçün icazə verməyib.

Məlumata əsasən, Ağ Ev İsrailə Beyruta hücum etmək üçün “yaşıl işıq” verməyib. Digər bir mənbənin iddiasına görə isə ABŞ bu əməliyyatla heç bir formada əlaqəli olmayıb.

İyunun 7-si axşam saatlarında İsrailin şimal bölgələri İran tərəfindən raket hücumuna məruz qalıb. İsrail ordusu bütün raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Bu hadisələrin İsrailin Beyrut ətrafında Hizbullah obyektinə həyata keçirdiyi hücumdan sonra baş verdiyi bildirilir. İsrail tərəfi həmin əməliyyatın Hizbullahın ölkənin şimalına etdiyi hücumlara cavab olaraq həyata keçirildiyini bəyan edib.

Bundan əvvəl İran rəsmiləri Livan paytaxtına hücumlar davam edərsə, İsrailə cavab veriləcəyi barədə xəbərdarlıq etmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş