Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi və ölkənin Avrasiya inteqrasiya layihələrində iştirakının davam etdirilməsi ilə bağlı tələbat hələ də mövcuddur və bu, öz konkret nəticələrini verir.
Onun sözlərinə görə, Avrasiya inteqrasiya strukturları çərçivəsində əməkdaşlıq Ermənistana “boş vədlər” deyil, real və əhəmiyyətli üstünlüklər qazandırır.
Zaxarova Sputnik radiosuna müsahibəsində deyib: “Ermənistan cəmiyyətinin geniş təbəqələri arasında Ermənistan-Rusiya münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsi və ölkənin Avrasiya inteqrasiya strukturlarında üzvlüyünün davam etdirilməsi istəyi açıq şəkildə görünür. Bu əməkdaşlıq real və hiss olunan faydalar gətirir”.
O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli əlaqələrin qorunub saxlanılmasının əsasını bu əməkdaşlığın praktik nəticələri təşkil edir.
Diplomatın sözlərinə görə, bu yanaşma siyasi manipulyasiyaların və ya vədlərin təsiri altında deyil, əməkdaşlığın konkret nəticələrinə əsaslanaraq formalaşır.
Zaxarova vurğulayıb ki, “İnsanlar bu nəticələri görür, onları qiymətləndirir və iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarıdırlar”.
İzmedia.az
![]()

