Taliban: Pakistanın hava zərbələri nəticəsində 13 mülki şəxs həlak olub

1 Min Read

Talibanın sözçüsü Zəbihullah Mücahid Pakistan hərbi qüvvələrinin Əfqanıstanın Kunar, Xost və Paktika əyalətlərinə hava zərbələri endirdiyini və nəticədə 13 mülki şəxsin həyatını itirdiyini bildirib.

O, X sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib: “Dünən gecə Pakistan hərbçiləri növbəti dəfə Əfqanıstanın hava məkanını pozaraq Kunar, Xost və Paktika əyalətlərində yaşayış evlərini bombalayıblar”.

Mücahidin sözlərinə görə, hücumlar nəticəsində 11 uşaq, 1 qadın və 1 yaşlı kişi həlak olub. Bundan əlavə, 14 qadın və uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş