ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə Belçikada böyük tədbir keçirməyə hazırlaşır. Məlumata görə, tədbirin təhlükəsizliyinin təmin olunması üçün Belçikanın ordu, polis və xüsusi xidmət orqanlarının dəstəyi nəzərdə tutulub, iştirakçılar isə biometrik yoxlamadan keçiriləcəklər.
Tədbirin böyük bir park ərazisində keçirilməsi və məkanın 36 saat müddətinə bağlanması planlaşdırılır. Təxminən 5 min nəfərlik iştirakçı limiti olsa da, təşkilatçılar 8 minə yaxın dəvətnamə göndəriblər.
Məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində qonaqlar biometrik pasportlarla giriş edəcək və onların məlumatları xüsusi skan sistemləri vasitəsilə əvvəlcədən yoxlanılacaq. Tədbirdə asayişi həm özəl təhlükəsizlik əməkdaşları, həm də Belçika polisi və hərbçiləri təmin edəcəklər.
Bununla yanaşı, Belçika hakimiyyətinin etirazı nəticəsində tədbir zamanı F-35 qırıcılarının uçuş nümayişi proqramdan çıxarılıb və onların əvəzinə tarixi təyyarələrin nümayişi planlaşdırılıb.
Həmçinin Belçikanın təbiəti mühafizə təşkilatı Gaia parkda yaşayan heyvan və quşlara zərər verə biləcəyini əsas gətirərək bayram atəşfəşanlığının ləğv edilməsini tələb edib.
ABŞ səfirliyinin nümayəndəsi isə bildirib ki, Brüsseldə keçiriləcək yubiley tədbiri gələcək nəsillərin yaddaşında qalacaq bir proqram olacaq.
izmedia.az
![]()
